Banklar bugünkü valyuta hərracında 76 mln. dollar cəlb edib

Banklar bugünkü valyuta hərracında 76 mln. dollar cəlb edib
# 31 avqust 2021 12:34 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 76,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (26 avqust 2021-ci il tarixində keçirilib - red.) müqayisədə 3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR