Baytarlıq arayışı və baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumları müəyyənləşir

Baytarlıq arayışı və baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumları müəyyənləşir
# 01 noyabr 2021 11:30 (UTC +04:00)

Baytarlıq arayışı və baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumları müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Rüsumların məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq. “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 18.66.3-cü maddəyə əsasən, baytarlıq arayışının verilməsinə (bir sənəd) görə 5 manat, yeni - 18.66.4-cü maddəyə əsasən, baytarlıq pasportunun verilməsinə (bir sənəd) görə 20 manat dövlət rüsumu tutulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR