BFB-də İKZF-nin 50 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də İKZF-nin 50 mln. manatlıq istiqrazları yerləşdirilib
# 10 iyun 2021 16:18 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zamanət Fondunun (İKZF) AZ2052008680 ISIN-li, 50 mln. manat həcmində, 9 720 tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 100 mln. manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 50 mln. manat təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 20 yanvar 2048-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR