BFB-də İKZF-nin 55 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də İKZF-nin 55 mln. manatlıq istiqrazları yerləşdirilib
# 23 avqust 2021 14:05 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 55 mln. manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

Azərbaycan Mərkəzi Bankı tərəfindən İKZF-nin sənədsiz adlı, faizli ipoteka istiqrazlarının emissiya prospekti bu ilin 2 avqust tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 mln. manat bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR