BFB-də listinq qaydaları yenilənib

BFB-də listinq qaydaları yenilənib
# 18 noyabr 2021 12:25 (UTC +04:00)

"Bakı Fond Birjası" QSC-nin (BFB) Müşahidə Şurasının qərarı və maliyyə bazalarına nəzarət edici orqan olan Azərbaycan Respublikasının Mərkəzi Bankının müsbət rəyi əsasında yenilənmiş "Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili” qaydaları təsdiq olunub.

"APA-Economics"in BFB-yə istinadən verdiyi məlumata görə, yenilənmiş qaydalara əsasən listinqlə bağlı sənəd dövriyyələri azaldılıb.

Yerli hüquqi şəxsin mülkiyyətində olan xarici qiymətli kağızların Birjada ticarətə buraxılması yenilənmiş listinq qaydalarında öz əksini tapıb.

Son olaraq, yenilənmiş qaydalarda əsas bazar seqmentinin adında dəyişiklik edilmiş "əsas" sözü "premium" sözü ilə əvəz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR