BFB: "Yaşıl" istiqrazların buraxılışına tam hazırıq

BFB: "Yaşıl" istiqrazların buraxılışına tam hazırıq
# 28 oktyabr 2021 10:48 (UTC +04:00)

Bakı Fond Birjası (BFB) "yaşıl" istiqrazların buraxılışına tam hazırdır və biz birja olaraq görürük ki, bu istiqrazlara maraq böyükdür.

Bunu "APA-Economics"in sualını cavablandırarkən BFB-nin sədri vəzifəsini icra edən Eldar Abdullayev deyib.

Onun sözlərinə görə, birjaya beynəlxalq maliyyə təşkilatları müraciət edir: "Mərkəzi Bank təsdiqləyə bilər ki, danışıqlar gedir və biz "yaşıl" istiqrazların yerləşdirilməsində tam hazırıq".

E. Abdullayev onu da bildirib ki, investorlar və qanunlar tam hazırdır, lakin emitent özü müraciət etməlidir və burada məsuliyyət düşür investisiya şirkətlərinə.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR