BMT: Qlobal əmək bazarı 2023-cü ilədək pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaq

BMT: Qlobal əmək bazarı 2023-cü ilədək pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaq
# 03 iyun 2021 17:24 (UTC +04:00)

BMT-nin Beynəlxalq Əmək Təşkilatının (ILO) yeni hesabatına əsasən, COVID-19 pandemiyası qlobal əmək bazarının artımını "beş il" geriyə salıb.

"APA-Economics"in hesabata istinadən verdiyi məlumata görə, dünyada ümumi məşğulluğun pandemiyadan əvvəlki səviyyəyədək bərpası 2023-cü ildən tez baş verməyəcək. Proqnozlara əsəsən, bu il təxminən 220 milyona yaxın insan işsiz qalacaq, 2022-ci ildə isə bu göstərici cüzi yaxşılaşaraq 205 milyona enəcək.

Hesablamalara görə, pandemiya baş verməyəcəyi təqdirdə, dünyada daha 30 milyon yeni iş yeri yaradıla bilərdi.

ILO-nun hesabatında qeyd edilir ki, artan işsizlik əmək bazarlarında qadın və kişi bərabərsizliyinin və yoxsulluğun daha da dərinləşməsinə səbəb olub. Nəticədə, 2019-cu ildən bəri daha 109 milyon insan yoxsulluq həddinə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR