BP-nin xalis zərəri III rübdə kəskin artıb

BP-nin xalis zərəri III rübdə kəskin artıb
# 02 noyabr 2021 11:55 (UTC +04:00)

Bu ilin III rübündə Böyük Britaniyanın BP neft-qaz şirkətinin səhmdarlara aid olan xalis zərəri keçən ilin eyni dövründəki 450 mln. ABŞ dollarına qarşı 2,544 mlrd. dollar təşkil edib. Göründüyü kimi, şirkətin xalis zərəri 5,6 dəfə artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Qeyd olunur ki, cari ilin yanvar-sentyabr aylarında BP bir il əvvəlki 21,66 mlrd. dollar zərərə qarşı 5,24 mlrd. dollar xalis mənfəət əldə edib.

III rübdə BP-nin gəliri 37% artaraq 36,17 mlrd. dollar təşkil edib. Hesabat dövründə sərbəst pul axını bir il əvvəlki 5,2 mlrd. dollara qarşı 5,98 mlrd. dollar təşkil edib, əsaslı xərclər isə 20% azalaraq 2,9 mlrd. dollar olub.

İyul-sentyabr aylarında BP qrupunda gündəlik hasilat illik ifadədə 7,7% azalaraq 3,269 mln. barel neft ekvivalentinə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR