"Brexit" Britaniya iqtisadiyyatına pandemiyadan daha mənfi təsir göstərəcək

"Brexit" Britaniya iqtisadiyyatına pandemiyadan daha mənfi təsir göstərəcək
# 28 oktyabr 2021 16:06 (UTC +04:00)

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ("Brexit") uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatına koronavirus pandemiyasından daha mənfi təsir göstərəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə BBC Büdcə İşləri İdarəsinə istinadən xəbər verir.

"Uzunmüddətli perspektivdə "Brexit"in təsiri pandemiyanın təsirindən daha əhəmiyyətlidir", - deyə İdarə Heyətinin sədri Riçard Hyus (Richard Hughes) bildirib.

Onun fikrincə, proqnozlara görə, Aİ-dən çıxmaq uzunmüddətli perspektivdə potensial ÜDM-i 4% azaldacaq. Eyni zamanda, pandemiyanın bu göstəricini daha 2% azaldacağı gözlənilir.

Qeyd edək ki, Hyus bu fikirləri ilə Büdcə İşləri İdarəsində yaşayış xərclərinin 30 il ərzində sürətlə arta biləcəyi ilə bağlı açıqlamasından sonra bölüşüb. İdarə həmçinin, inflyasiyanın 5%-ə çata biləcəyini də istisna etmir.

Böyük Britaniya vətəndaşları 2016-cı ilin iyunun 23-də ölkəni Aİ-dən çıxmasına dair səsvermədə iştirak edib. Britaniya 29 mart 2017-ci il tarixində Aİ-dən çıxmaq niyyəti barədə Avropa Şurasına rəsmi məlumat verib. 2019-cu il oktyabrın 17-də Avropa Şurası Britaniyanın İttifaqdan çıxmasına dair sazişi təsdiqləyib.

Böyük Britaniya 31 yanvar 2020-ci il tarixində Aİ-ni tərk edib. İttifaqdan çıxma müqaviləsi 2020-ci il fevralın 1-dən qüvvəyə minib. 2021-ci ilin aprelində Aİ Şurası Avropa Parlamenti tərəfindən təsdiq edilmiş "Brexit"dən sonra Brüssel və London arasında gələcək münasibətlərin qaydalarını müəyyən edən Ticarət və Əməkdaşlıq Sazişini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR