Bu il Azərbaycanın Böyük Britaniyaya ixracı 5 dəfəyədək artıb

Bu il Azərbaycanın Böyük Britaniyaya ixracı 5 dəfəyədək artıb
# 18 sentyabr 2021 11:32 (UTC +04:00)

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Böyük Britaniyanın arasında ticarət dövriyyəsinin həcmi 400,679 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 67,8% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 195,100 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 4,8 dəfə çoxdur. İdxal isə 205,579 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 3,7% çoxdur.
Nəticədə, 2021-ci ilin ilk səkkiz ayında 10,479 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 93,4% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR