Bu ilin 7 ayında Azərbaycanın bank sektorunun xalis mənfəəti 4,5% azalıb

Bu ilin 7 ayında Azərbaycanın bank sektorunun xalis mənfəəti 4,5% azalıb
# 25 avqust 2021 10:51 (UTC +04:00)

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandakı banklar 408,9 mln. manat xalis mənfəət əldə edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azalıb.

Bank sektorunun əməliyyat mənfəəti isə 574,7 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 13,3% çoxdur.

Qeyd edək ki, ilin ilk yeddi ayında ölkədəki bankların xalis faiz gəliri 858,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 8,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR