Bu ilin birinci yarısında kredit və debet kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

Bu ilin birinci yarısında kredit və debet kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb
# 24 iyul 2021 11:25 (UTC +04:00)

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda dövriyyədə olan kredit və debet kartları ilə 16,392 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% çoxdur. Hesabat dövründə əməliyyatların əhəmiyyətli hissəsi (15,382 mlrd. manat) debet kartları, qalan 1,009 mlrd. manatı isə kredit kartları ilə həyata keçirilib.

Debet kartları ilə aparılan əməliyyatların 95,6%-i ölkə daxilində, qalan 4.4%-i isə ölkə xaricində həyata keçirilib.

Kredit kartlarına gəldikdə isə, sözügedən kartlar ilə aparılan əməliyyatların 91,2%-i ölkə daxilində, qalan 8,8%-i isə ölkə xaricində həyata keçirilib.

Qeyd edək ki, 2021-ci ilin iyulun 1-nə Azərbaycanda dövriyyədə 8,848 mln. ədəd debet kartı və 1,203 mln. ədəd isə kredit kartı var. Beləliklə, son bir ildə debet kartlarının sayı 14,7%, kredit kartlarının sayı isə 26,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR