Büdcə kəsirinin inflyasiya yaradıcı effektlərini azaltmaq üçün təklif hazırlanıb

Büdcə kəsirinin inflyasiya yaradıcı effektlərini azaltmaq üçün təklif hazırlanıb
# 23 noyabr 2021 13:09 (UTC +04:00)

Gələn il üçün proqnozlaşdırılan 3,63 mlrd. manatlıq büdcə kəsirinin inflyasiya yaradıcı effektlərinin minimumlaşdırılması üçün təklif irəli sürülüb.

"APA-Economics" Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd olunan mövzuya bu gün parlamentin iclasında çıxış edərkən toxunub.

O, bununla bağlı digər fiskal alətlərdən istifadə olunmasını məqsədə uyğun hesab edib.

"Növbəti ildə yeni sosial paketin icrasını da nəzərə alsaq bu məsələ 2022-ci ildə aktuallığını qoruyub saxlayacaq", - deyə V. Bayramov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR