BVF ABŞ-da inflyasiyanın artması riskləri ilə bağlı xəbərdarlıq edib

Kristalina Georgiyeva

© APA | Kristalina Georgiyeva

# 07 iyul 2021 17:42 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edib ki, ABŞ-da artan inflyasiya Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini gözləniləndən daha tez artırmaq məcburiyyətində qala bilər ki, bu da inkişafda olan ölkələrin iqtisadi bərpasına mənfi təsir göstərəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin direktoru Kristalina Georgiyeva bloqunda yazıb.

"Bilirik ki, ABŞ-da sürətlənmiş bərpa prosesi artan ticarət sayəsində bir çox ölkəyə fayda gətirəcək, inflyasiya gözləntiləri isə hələlik sabit olaraq qalmaqdadır. Bununla yanaşı, inflyasiya və ya inflyasiya gözləntilərində daha davamlı artım riski var. Bu da potensial olaraq ABŞ-ın pul-kredit siyasətinin gözlənilən sərtləşdirilməsi ilə nəticələnə bilər", - K. Georgieva bildirib.

BVF-nin rəsmisi həmçinin COVID-19 pandemiyasından pisləşən ikitərəfli bərpanın həlli üçün G20 ölkələrini və siyasətçiləri təcili tədbirlər görməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR