BVF: AMB maliyyə nəzarətini beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində davam etməlidir

BVF: AMB maliyyə nəzarətini beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində davam etməlidir
# 19 iyun 2021 12:26 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə nəzarətinin yaxşılaşdırılması istiqamətində davamlı səyləri beynəlxalq təşkilatlarla əməkdaşlıq (texniki kömək və s.) çərçivəsində davam etməlidir.

"APA-Economics"in məlumatına görə, bu barədə fondun Azərbaycandakı virtual missiyasının yekunlarına dair müvafiq bəyanatında deyilir.

Fond qeyd edir ki, AMB-in maliyyə bazarlarını inkişaf etdirmək, maliyyə vasitəçiliyi və maliyyəyə çıxışını yaxşılaşdırmaq üçün siyasət çərçivələri və təşəbbüslərindəki yaxşılaşdırma ölkə iqtisadiyyatın şaxələndirilməsinə, məhsuldarlığı və dayanıqlığının artmasına əlavə dəstək verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR