BVF Azərbaycan üzrə inflyasiya proqnozunu açıqlayıb

BVF Azərbaycan üzrə inflyasiya proqnozunu açıqlayıb
# 12 oktyabr 2021 17:06 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4% artacaq.

"APA-Economics"in fondun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə isə ortaillik inflyasiya 3,2% səviyyəsində gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair sonuncu sənədində ölkədə 2021-ci ildə inflyasiyanın 4±2% diapazonunda formalaşacağı deyilir.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR