BVF Azərbaycanın icmal büdcəsinə dair proqnozunu yaxşılaşdırıb

BVF Azərbaycanın icmal büdcəsinə dair proqnozunu yaxşılaşdırıb
# 19 oktyabr 2021 15:14 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-in 1,8%-nə qədər azalacağını gözləyir.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir.

2022-ci ildə isə defisitin profisitə dəyişərək ÜDM-in 0,7%-inə bərabər olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, aprel proqnozunda fond 2021-ci il üçün ÜDM-in 5,2% səviyyəsində, 2022-ci il üçün isə ÜDM-in 2,3% səviyyəsində defisit vəd edirdi.

Xatırladaq ki, cari ilin ilk altı ayında icmal büdcəsinin profisiti 2,577 mlrd. manata və ya ÜDM-in 6,4%-nə bərabər olub. 2020-ci ilin yekunlarına görə isə, icmal büdcəsinin kəsiri 4,698 mlrd. manat və ya ÜDM-in 6,5%-inə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR