BVF "Doing Business 2018"in araşdırması üzrə əlavə informasiya istəyib

BVF "Doing Business 2018"in araşdırması üzrə əlavə informasiya istəyib
# 09 oktyabr 2021 11:05 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) İdarə Heyəti oktyabrın 8-də keçirilən iclasdan sonra ABŞ-ın "WilmerHale" hüquq şirkətinin "Doing Business 2018" üzrə araşdırmasından əlavə informasiya istəyib.

"APA-Economics"in BVF-yə istinadən verdiyi məlumata görə, bu barədə fondun sözçüsü Cerri Raysın bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, İdarə Heyəti öz təhlilində əhəmiyyətli irəliləyiş əldə etsə də, sonuncu iclasda bu məsələnin tezliklə başa çatması üçün daha ətraflı məlumat istəməyə qərar verib.

Qeyd edək ki, bu həftə BVF-nin rəhbəri Kristalina Georgiyeva bildirib ki, "WilmerHale" şirkəti onun Dünya Bankının baş direktoru vəzifəsində işləyən zaman fəaliyyətini "Doing Business 2018" üzrə dərc etdiyi audit hesabatında səhv xarakterizə edib. K. Georgiyeva əlavə edib ki, şirkət onun araşdırmada iştirakının məxfi olacağına inandırsa da, bu şərtə əməl olunmayıb.

K. Georgiyeva vurğulayıb ki, onun bəzi sözləri kontekstdən çıxardılıb və auditorların ona qeyd olunan ifadələrin düzgünlüyünü yoxlamaq imkanı vermədiyini vurğulayıb. Georgiyeva eyni zamanda, Dünya Bankının digər yüksəkvəzifəli işçilərinin məlumatları Çinin xeyrinə dəyişdirmələri üçün "Doing Business 2018"in araşdırmaçılarına təzyiq göstərdikləri barədə auditorların rəyini rədd edib.

Xatırladaq ki, Dünya Bankı hər il tərtib etdiyi "Doing Business" hesabatının dərc edilməsini dayandırıb. Belə ki, Dünya Bankının araşdırmaları ("WilmerHale" hüquq şirkəti tərəfindən aparılıb – red.) zamanı məlum olub ki, 2018-ci ildə "Doing Business" reytinqində Çinin, 2020-ci ildə Səudiyyə Ərəbistanının mövqeyini qəsdən və səhv bir şəkildə yaxşılaşdırılıb, Azərbaycan üzrə göstəriciləri isə pisləşdirilib və nəticədə bu, ölkənin ötənilki reytinqinə mənfi təsir edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR