BVF-nin İcra Heyəti 650 mlrd. dollarlıq SDR-in ayırmasını təsdiqləyib

BVF-nin İcra Heyəti 650 mlrd. dollarlıq SDR-in ayırmasını təsdiqləyib
# 09 iyul 2021 16:51 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) İcra heyəti Fondun icraçı direktoru Kristalina Georgiyevanın 650 mlrd. ABŞ dollarına bərabər ehtiyatların (SDR – BVF-nin hesab vahidi, xüsusi borcalma hüquqları) ayırması təklifini dəstəkləyib.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin açıqlamasında deyilir.

"Yeni SDR-in ayırması təklifini baxılması və təsdiq olunması üçün BVF-nin İdarə Heyətinə təqdim edəcəyəm. SDR ayırmasının avqust ayının sonunadək tamamlanacağını düşünürük", - deyə K. Georgiyeva bildirib.

Fondun rəsmisi onu da qeyd edib ki, paylamanın məqsədi Böyük Depressiyadan bəri ən dərin böhran dövründə ehtiyatların uzunmüddətli qlobal tələblərini qarşılamaqdır.

"SDR-in paylanması bütün üzv dövlətlərimizin likvidliyini və ehtiyatlarını artıracaq, etimadı gücləndirəcək və qlobal iqtisadiyyatın dayanıqlığını və sabitliyini gücləndirməyə kömək edəcək", - Georgiyeva vurğulayıb.

Onun sözlərinə görə, 2009-cu ildə SDR paylanması qlobal maliyyə böhranından qurtulmasına əhəmiyyətli töhfə verib.

Xatırladaq ki, SDR ayırmasının təsdiqinə qərar vermək üçün İdarəetmə Şurasına ümumi səslərin 85%-nin əksəriyyətini təmsil edən üzv dövlətlərin dəstəyini lazımdır. Paylanma qaydasında alınan SDR-lər üzv ölkələrə onların BVF-dəki kvota paylarına nisbətdə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR