Çin və Rusiya arasında ticarətin həcmi 30%-dək artıb

Çin və Rusiya arasında ticarətin həcmi 30%-dək artıb
# 13 iyul 2021 11:31 (UTC +04:00)

Bu ilin ilk yarısında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi illik müqayisədə 28,2% artaraq 63,075 mlrd. ABŞ dollarına çatıb. İyun ayında ölkələr arasındakı ticarətin həcmi 12,2 mlrd. dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqlamasında deyilir.

Məlumata görə, Rusiyaya ixrac ilin ilk yarısında 38,4% artaraq təxminən 28,9 mlrd. dollar təşkil edib. Rusiyadan idxal isə 20,6% artaraq 34,1 mlrd. dollara çatıb. 2020-ci ilin sonunda iki ölkə arasındakı ticarət həcmi illik nisbətdə 2,9% azalaraq 107,7 mlrd. dollar təşkil etmişdi.

Xatırladaq ki, son 20 ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 13 dəfə artaraq 104 mlrd. dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR