Çində inflyasiya 13 aylıq maksimuma çatıb

Çində inflyasiya 13 aylıq maksimuma çatıb
# 10 noyabr 2021 13:15 (UTC +04:00)

Bu ilin oktyabr ayında Çində istehlak qiymətləri illik müqayisədə 1,5% artıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, oktyabrda illik inflyasiya səviyyəsi son on üç ayın maksimumuna çatıb. "Trading Economics" və "The Wall Street Journal"ın iqtisadçılar arasında apardığı sorğuların nəticələrinə görə, oktyabrda ölkədə 1,4%-lik inflyasiya gözlənilirdi.

Qeyd edilir ki, oktyabrda ərzaq məhsulları 2,4%, tərəvəzlər isə 16,6%, qeyri-ərzaq məhsulları 2,4%, o cümlədən yanacaq və kommunal ödənişlər 1,7% bahalaşıb.

Xatırladaq ki, Çin 2021-ci il üçün inflyasiya hədəfini 3% səviyyəsində müəyyən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR