Çinin ixracı kəskin artıb

Çinin ixracı kəskin artıb
# 07 sentyabr 2021 13:21 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Çinin ümumi ticarət dövriyyəsi 3,827 trln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,2% çoxdur.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, hesabat dövründə ixracın həcmi illik müqayisədə 33,7% artaraq 2,095 trln. dollar, idxalın həcmi isə 34,8% artaraq 1,732 trln. dollar təşkil edib. Çinin ticarət dövriyyəsi təkcə avqustda gözlənilmədən kəskin artaraq (illik müqayisədə 25,6%) 530,299 mlrd. dollara bərabər olub.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında Çin Azərbaycana 835,207 mln. dollarlıq mal ixrac edib və 129,277 mln. dollar dəyərində idxal edib. Bu, illik müqayisədə müvafiq olaraq 7,5% çoxdur və 2,9 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR