Çinin valyuta ehtiyatları iyuldan bəri ilk dəfə artıb

Çinin valyuta ehtiyatları iyuldan bəri ilk dəfə artıb
# 08 noyabr 2021 10:44 (UTC +04:00)

Dünyada ən böyük valyuta ehtiyatlarına malik olan Çinin valyuta ehtiyatlarının həcmi oktyabr ayında 17 mlrd. ABŞ dolları artaraq sentyabrdakı 3,201 trln. dollardan 3,218 trln. dollara yüksəlib. Bu, ilyul ayından bəri qeydə alınan ilk artımdır.

"APA-Economics" xəbər verir ki, bu barədə Çin Xalq Bankının məlumatında deyilir.

"The Wall Street Journal" tərəfindən sorğu edilən mütəxəssislər ehtiyatların 3 trln. dollara düşəcəyini gözləyirdilər.

Ehtiyatların artması bir sıra valyutanın ABŞ dollarına nisbətdə möhkəmlənməsi ilə əlaqədardır.

Çin Xalq Bankı xəbər verir ki, oktyabr ayında bankda qızıl ehtiyatları son bir ayda 109,18 mlrd. dollardan 110,83 mlrd. dollara yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR