COVID-19-un yeni ştamları qlobal iqtisadiyyat üçün risklər yaradır - BVF

COVID-19-un yeni ştamları qlobal iqtisadiyyat üçün risklər yaradır - BVF
# 06 dekabr 2021 17:58 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) COVID-19-un yeni ştamlarının yayılmasının qlobal iqtisadiyyatın bərpasına zərər gətirəcəyindən ehtiyat edir.

"APA-Economics"in məlumatına görə, bunu Fondun baş iqtisadçısı Qita Qopinat deyib.

Onun sözlərinə görə, Omicron ştamının yayılması riskləri artıra bilər və qlobal iqtisadiyyat yeni, daha aqressiv ştamlarla üzləşə bilər. Qopinat inkişaf etmiş ölkələri hazırda əhalinin 40%-dən azının peyvənd olunduğu Afrika ölkələrinə vaksinasiya ilə bağlı kömək etməyə çağırıb.

BVF-nin baş iqtisadçısının fikrincə, mərkəzi banklar ayıq olmalı, inflyasiya təzyiqlərini izləməli və inflyasiya gözləntilərini nəzarətdə saxlamaq üçün müstəqil siyasət aparmalıdır: "Dünyanın ən böyük mərkəzi banklarının bazarda dalğalanmaların qarşısını almaq üçün öz siyasətlərini açıq şəkildə yayımlamaları və qərarlarını əvvəlcədən izah etmələri xüsusilə vacibdir", - Qopinat bildirib.

Xatırladaq ki, bu ilin oktyabr ayında BVF 2021-ci il üçün qlobal ÜDM-in artımı üzrə proqnozunu 6%-dən 5,9%-ə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR