Daha altı ölkə OECD-yə üzv olmaq niyyətindədir

Daha altı ölkə OECD-yə üzv olmaq niyyətindədir
# 05 oktyabr 2021 18:44 (UTC +04:00)

Argentina, Braziliya, Bolqarıstan, Xorvatiya, Peru və Rumıniya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmaq istədiklərini bildiriblər.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı təşkilatın baş katibi Matias Korman (Mathias Korman) Parisdə keçirilən iştirakçı ölkələrin nazirlər toplantısında bildirib.

"Altı ölkə – Argentina, Braziliya, Bolqarıstan, Xorvatiya, Peru və Rumıniya OECD-yə qoşulmaq niyyətlərini ifadə edib. Bu ölkələr təşkilatın standartlarını qəbul etməkdə yaxşı irəliləyiş əldə ediblər", - deyə M. Korman bildirib.

Təşkilatın baş katibi əmin edib ki, OECD tezliklə bu namizədlərin müzakirə cədvəlini müəyyən edəcək: "Əminəm ki, bu müraciətlər təşkilat tərəfindən diqqətlə araşdırılacaq".

Xatırladaq ki, OECD 1961-ci ilin sentyabrında təsis edilib. Hazırda təşkilata 38 ölkə daxildir. Qlobal ÜDM-nin yarısından çoxu məhz həmin ölkələrin payına düşür. Azərbaycanın təşkilatla əməkdaşlığı 2009-cu ildən OECD-nın Avrasiya Rəqabətqabiliyyətlilik Proqramının bir hissəsi olan OECD Şərqi Avropa və Cənubi Qafqaz Təşəbbüsü çərçivəsində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR