Daşınmaz əmlakın tikintisinə və alınmasına götürülən kreditlərin həcmində yeni rekord qeydə alınıb

Daşınmaz əmlakın tikintisinə və alınmasına götürülən kreditlərin həcmində yeni rekord qeydə alınıb
# 05 avqust 2021 12:21 (UTC +04:00)

2021-ci ilin iyulun 1-nə Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) kredit qoyuluşlarının həcmi 2,266 mlrd. manat təşkil edib.

"APA-Economics"in Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu göstərici indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. Son bir ayda sözügedən kreditlərin 2,6%, son bir ildə isə 15,2% artıb. Daşınmaz əmlakın tikintisinə və alınmasına yönlənən kredit qoyuluşları ümumi ölkə üzrə kredit qoyuluşlarının 14,9%-ni təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin avqustun 3-nə verimiş ipoteka kreditlərinin məbləği 1 872 135 736 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR