Deputat vergi güzəştlərinin Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə də şamil edilməsini istəyir

Siyavuş Novruzov

© APA | Siyavuş Novruzov

# 24 noyabr 2021 11:26 (UTC +04:00)

“Vergi güzəştlərinə dair yeni qanun layihəsində ancaq İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər nəzərdə tutulur. Birinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri də bu məsələni qaldırır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, buna aydınlıq gətirilməlidir: “Nəyə görə bu insanlar nəzərdə tutulmur? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən eyni qaydada Birinci və İkinci Qarabağ müharibəsi şəhid ailələri, əlilləri, qazilərə sosial ödənişlər edilir, evlə, maşınla təmin olunurlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR