DGK xətti ilə büdcə daxilolmaları 10%-dək artıb

DGK xətti ilə büdcə daxilolmaları 10%-dək artıb
# 08 dekabr 2021 17:13 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 937 477,6 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8% çoxdur.

"APA-Economics"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,7% artaraq 1 084 459,7 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 6,2% artaraq 2 666 609,6 min manata bərabər olub. Aksizlər üzrə cari ilin 11 ayında daxilolmalar 14,3% artaraq 146 451,1 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 39 957,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 20% çoxdur.

Bu ilin noyabr ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 377 174,8 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 19,4%, bu ilin oktyabr ayı ilə müqayisədə isə 2,7% çoxdur.

Bu ilin noyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 26,1% artaraq 110 107 min manat olub. Bu ilin oktyabr ayı ilə müqayisədə isə bu göstərici 5,6% artıb.

Həmçinin, cari ilin noyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 16,9% artaraq 248 679,4 min manat (bu ilin oktyabr ayı ilə müqayisədə 0,6% çox), aksizlər üzrə 10,1% artaraq 14 152,9 min manat (oktyabr ilə müqayisədə 20,4% çox), yol vergisi üzrə daxilolmalar isə 42,3% artaraq 4235,5 min manat (oktyabr ilə müqayisədə 5,4% çox) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR