DGK xətti ilə büdcə daxilolmaları avqustda 0,1% artıb

DGK xətti ilə büdcə daxilolmaları avqustda 0,1% artıb
# 06 sentyabr 2021 11:07 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 810 055,3 min manat həcmində vergi və rüsumlar daxil olub. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 6,2% çoxdur.

"APA-Economics"in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17,7% artaraq 762 460,3 min manat təşkil edib.

Yanvar-avqust aylarında ƏDV üzrə daxilolmalar 1,6% artaraq 1 913 105,7 min manat, aksizlər üzrə 18,3% artaraq 106 387,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 16,4% artaraq 28 101,6 min manat təşkil edib.

Təkcə avqust ayında isə DGK xətti ilə büdcəyə 386 023,0 min manat vəsait daxil olub ki, bu da aylıq ifadədə 0,1%, illik ifadədə isə 35% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR