DGK xətti ilə büdcə daxilolmaları yanvar-mayda 2% azalıb

DGK xətti ilə büdcə daxilolmaları yanvar-mayda 2% azalıb
# 07 iyun 2021 10:31 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 662 021,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azdır.

"APA-Economics"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,7% artaraq 453 291,8 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 8% azalaraq 1 129 482,6 min manata bərabər olub.

Aksizlər üzrə cari ilin ilk beş ayında daxilolmalar 14% artaraq 62 147,5 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 17 099,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 8,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR