Dolların avroya qarşı məzənnəsi 14 aylıq maksimuma çatıb

Dolların avroya qarşı məzənnəsi 14 aylıq maksimuma çatıb
# 07 oktyabr 2021 13:51 (UTC +04:00)

Dünya bazarlarında neft-qaz qiymətlərinin kəskin artımı fonunda inflyasiyanın iqtisadi artıma mənfi təsir göstərəcəyi və FED-in stimulların ləğvinə daha erkən başlaması narahatlığı ABŞ dollarının avroya qarşı məzənnəsini 14 aylıq maksimumda saxlayır.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə 09:47-də avro dollara qarşı daha 0,03% ucuzlaşaraq 1,1552 avro təşkil edib.

Dolların indeksinə gəldikdə, altı əsas valyutadan ibarət səbətə qarşı dollar indeksi bir qədər azalaraq 94,261 bəndə enib. Son iki seans ərzində isə bu göstərici 0,5% artıb.

Yapon yeni dollara qarşı 0,04% ucuzlaşaraq 111,45 yen, İsveçrə frankının məzənnəsi isə 0,09% azalaraq 0,928 dollar olub. Avstraliya və Yeni Zelandiya dolları əsasən dəyişməz qalıb – müvafiq olaraq 0,7273 dollar və 0,691 dollar.

Qeyd edək ki, bundan əvvəl "APA-Economics"in hesablamaları nəticəsində 30 sentyabr tarixində avronun Azərbaycan manatına qarşı məzənnəsində 14 aylıq minimum qeydə alınmışdı (1,9724 manat). Hazırda da avro manata qarşı 14 aylıq minumumda (1,9646 manat) qalmaqdadır.

Avropa Mərkəzi Bankının daha yumşaq monetar siyasətə meyl etməsi və faiz dərəcələrinin artırmaq üçün daha yüksək baryerlər seçməsi avronun Avropadakı baş verən iqtisadi bərpadan faydalanmağına imkan vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR