Dövlət büdcəsindən gələn il aqrar sahəyə 1 mlrd. manat ayrılacaq

Dövlət büdcəsindən gələn il aqrar sahəyə 1 mlrd. manat ayrılacaq
# 27 oktyabr 2021 12:19 (UTC +04:00)

2022-ci ildə Azərbaycan dövlət büdcəsindən kənd təsərrüfatı sektoruna 997,305 mln. manat xərclənəcəyi müəyyən edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Respublikası 2022-ci il dövlət büdcəsi haqqında Qanununda deyilir. Sözügedən məbləğ proqnozlaşdırılan büdcə xərclərinin 3,3%-ni təşkil edir.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 7 342,1 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR