Dövlət büdcəsinə bu il vergi və gömrük daxilolmaları 9,5 mlrd. manat təşkil edib

Dövlət büdcəsinə bu il vergi və gömrük daxilolmaları 9,5 mlrd. manat təşkil edib
# 21 oktyabr 2021 10:51 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 871,6 mln. manat təşkil edib.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumatına görə, gəlirlərdə əsas paya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (35,6%) və Dövlət Gömrük Komitəsinin (17,9%) daxilolmaları təşkil edib.

Belə ki, ilin ilk doqquz ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 354,4 mln. manat (illik müqayisədə 12% çox), Dövlət Gömrük Komitəsinin xətti ilə isə 3 193,2 mln. manat (illik müqayisədə 8,1% çox) daxil olub ki, bu da ümumilikdə 9 547,6 mln. manat təşkil edib və büdcə gəlirlərinin 53,5%-inə bərabər olub.

Qeyd edək ki, hesabat dövründə büdcənin xərcləri 17 711,9 mln. manat təşkil edib və büdcədə 159,7 mln. manat məbləğində profisit yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR