Dövlət büdcəsinə özəlləşmədən daxilolmalar rekord səviyyədə artıb

Dövlət büdcəsinə özəlləşmədən daxilolmalar rekord səviyyədə artıb
# 22 iyul 2021 17:33 (UTC +04:00)

Bu ilin ili ilk yarısında Azərbaycanın dövlət büdcəsinə özəlləşmədən (dövlət əmlakının satışından) daxilolmaların həcmi 32,3 mln. manat təşkil edib.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 31,7 mln. manat və ya 56,3 dəfə çoxdur.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 276,4 mln. manat vəsait daxil olmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 mln. manat və ya 3,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR