Dövlət büdcəsinin Ehtiyat Fondundan yeni təyin olunacaq ticarət nümayəndələri üçün pul ayrılacaq

Dövlət büdcəsinin Ehtiyat Fondundan yeni təyin olunacaq ticarət nümayəndələri üçün pul ayrılacaq
# 23 iyul 2021 13:13 (UTC +04:00)

“Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında”, “Pasportlar haqqında” qanunlarda və Vergi Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanun layihələri hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında”, “Pasportlar haqqında” qanunlarda və Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabinetinə 2021-ci ildə təyin olunacaq ticarət nümayəndələri aparatlarının fəaliyyətinin təminatı ilə bağlı İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan müvafiq məbləğdə əlavə vəsaitin ayrılmasını təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR