Dövlət büdcəsinin icrası barədə Hesablama Palatasına məlumat təqdim edilməsi qaydası dəyişir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Büdcə sistemi haqqında”qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən yarımillik və illik dövriliklə Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim ediləcək.
Qüvvədə olan qanuna əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim edilir.
Dövlət büdcəsinin icrası barədə Hesablama Palatasına məlumat təqdim edilməsi qaydası dəyişir
08 dekabr 2021 10:25 (UTC +04:00)
Maliyyə
Konsolidə edilmiş maliyyə hesabatlılığında əsas problemlər və preauditin keçirilməməsinin səbəbləri açıqlanıb
17:52
19 aprel 2024
ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb
17:24
19 aprel 2024
Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb
16:37
19 aprel 2024
“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb
16:04
19 aprel 2024