Dövlət büdcəsinin qeyri-neft gəlirləri 16%-dək artıb

Dövlət büdcəsinin qeyri-neft gəlirləri 16%-dək artıb
# 21 oktyabr 2021 12:09 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 17 871,6 mln. manat təşkil edib.

"APA-Economics"in Maliyyə Nazirliyinin məlumatları əsasında apardığı hesablamalara görə, büdcə gəlirlərinin 50,2%-i neft sektoru, 49,8%-i isə qeyri-neft sektoru hesabına formalaşıb. Ötən ilin doqquz ayı ilə müqayisədə neft gəlirlərinin büdcədəki payı 7 faiz bəndi azalıb, qeyri-neft gəlirlərinin isə 7 faiz bəndi artıb. Real ifadədə isə neft gəlirlərinin həcmi 12,7% azalıb, qeyri-neft gəlirlərinin həcmi isə 15,7% artıb.

Hesabat dövründə büdcənin neft gəlirlərinin həcmi 8 971,3 mln. manat təşkil edib. Bu məbləğin 1 661,6 mln. manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin neft sektorundan daxilolmaları, 7 309,7 mln. manatı isə Azərbaycan Dövlət Neft Fondunun transfertlərinin payına düşüb.

Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin həcmi isə 8 900,3 mln. manat təşkil edib. Bu məbləğin 4 692,8 mln. manatı Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektorundan daxilolmaların, 3 193,2 mln. manatı Dövlət Gömrük Komitəsinin daxilolmalarının, 454,1 mln. manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxil olan vəsaitlərin, 308,7 mln manatı sair daxilolmaların, 240 mln. manatı Təminat Fondundan transfertlərin, 11,5 mln. manatı isə dövlət əmlakının icarəyə verilməsindən icarə haqqının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR