Dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları kəskin artıb

Dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları kəskin artıb
# 03 dekabr 2021 14:21 (UTC +04:00)

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən bu ilin yanvar-oktyabr ayları ərzində 90 mln. manata yaxın vəsaitin dövlət büdcəsinə daxil olması təmin edilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu ötən ilin müvafiq dövrünün göstəricisindən 3,2 dəfə çoxdur.

Eyni zamanda, özəlləşdirilən sahələrə investisiyaların cəlb edilməsi istiqamətində də tədbirlər görülüb. Belə ki, cari ilin ilk 10 ayı ərzində 21 mln. manat həcmində investisiya cəlb olunub və 100-ə yaxın daimi iş yeri yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR