Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozlarını dəyişməyib

Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozlarını dəyişməyib
# 08 iyun 2021 18:25 (UTC +04:00)

Dünya Bankının yenilənmiş proqnozuna əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8% artacaq.

Bu barədə "APA-Economics" Dünya Bankının "Global Economic Prospects" adlı hesabatının iyun buraxılışına istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, 2022-ci il üçün Azərbaycanda iqtisadi artımın 3,9% olacağı proqnozlaşdırılır. 2023-cü ildə ÜDM-in artım tempi 3,4% səviyyəsində göstərilir.

Qeyd edək ki, bankın aprel ayında verdiyi proqnozlarla müqayisədə sözügedən gözləntilər dəyişməz qalıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan ÜDM-i 4,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR