Dünya Bankı Azərbaycanda inflyasiyanın tədricən yavaşlayacağını proqnozlaşdırır

Dünya Bankı Azərbaycanda inflyasiyanın tədricən yavaşlayacağını proqnozlaşdırır
# 06 oktyabr 2021 10:09 (UTC +04:00)

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatına görə, bu il Azərbaycanda istehlak qiymətləri indeksinin ortaillik artımı 5,5% təşkil edəcək.

"APA-Economics"in Dünya Bankına istinadən verdiyi məlumata görə, 2022-ci ildə ortaillik inflyasiya səviyyəsi 4,5%, 2023-cü ildə isə 4,1%-dək yavaşlayacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair sonuncu sənədində ölkədə 2021-ci ildə inflyasiyanın 4±2% diapazonunda formalaşacağı deyilir.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR