Dünya Bankı: Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi üç aya tamamlanacaq

Dünya Bankı: Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi üç aya tamamlanacaq
# 22 iyun 2021 12:36 (UTC +04:00)

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən aparılan Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi prosesi yaxın üç ay ərzində tamamlanacaq.

"APA-Economics"in məlumatına görə, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində Azərbaycanla başlanmış əməkdaşlıq davam etdirilir: "Azərbaycan hökumətinin müraciəti əsasında 2020-ci ilin sonunda ölkənin maliyyə sektorunun qiymətləndirilməsinə start verilib. Qiymətləndirmənin yaxın üç ay ərzində tamamlanacağı gözlənilir".

Xatırladaq ki, FSAP çərçivəsində qiymətləndirmə 2013-cü ildən etibarən aparılır. Bura həmçinin ölkənin bank sektorunun bəzi aspektləri də daxildir. Nəticədə, sözügedən qiymətləndirmə bank sektorunda mövcud problemlərin həlli üçün əsas vasitələrdən ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR