Dünya Bankı Çin iqtisadiyyatı üzrə proqnozunu yüksəldib

Dünya Bankı Çin iqtisadiyyatı üzrə proqnozunu yüksəldib
# 29 iyun 2021 11:03 (UTC +04:00)

Dünya Bankı bu il Çinin ÜDM artımı ilə bağlı proqnozunu əvvəlcə gözlənilən 8,1%-dən 8,5%-dək yüksəldib.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının açıqlamasında deyilir.

Qeyd olunub ki, 2022-ci ildə müqayisə üçün aşağı bazanın təsirinin yox olacağına görə artım tempi 5,4%-dək yavaşlayacaq. Bu, bankın iyun ayının əvvəlində verdiyi qiymətləndirmə ilə uyğundur.

Çin COVID-19 pandemiyasından bərpa olan ilk böyük iqtisadiyyat oldu. Dünya Bankının hesabatında deyilir ki, Çində istehsal və istehlakçı fəaliyyətinin yenidən pandemiyadan əvvəlki səviyyəyə qayıtmasına baxmayaraq, ölkə hökuməti koronavirusun yeni ştammının yayılmasının qarşısı almaq məqsədilə bəzi ərazilərdə hərəkət nəzarəti tətbiq edib.

"Çində yayın əvvəlinə qədər əhalinin 40%-ni peyvənd olunacağı planlaşdırılırdı, lakin iqtisadiyyatın tam bərpası üçün peyvəndləmə istiqamətində davamlı irəliləyiş tələb olunacaq", - Dünya Bankının məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR