Dünya Bankı hərbi çevriliş fonunda Sudana maliyyə yardımını dayandırıb

Dünya Bankı hərbi çevriliş fonunda Sudana maliyyə yardımını dayandırıb
# 27 oktyabr 2021 16:55 (UTC +04:00)

Dünya Bankı Sudandakı hərbi çevrilişdən sonra ölkəyə maliyyə yardımını dayandırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Agence France Press" (AFP) bildirib.

"Bazar ertəsi Dünya Bankı Sudandakı bütün əməliyyatlar üzrə ödənişləri və ölkədə yeni əməliyyatların aparılmasını dayandırıb. Biz vəziyyəti diqqətlə izləyirik və qiymətləndiririk", - bankın rəhbəri Devid Malpass bildirib.

Xatırladaq ki, oktyabrın 25-nə keçən gecə Sudan ordusu mülki nümayəndələri hakimiyyətdən uzaqlaşdıraraq, Baş nazir Abdullah Hamduk başda olmaqla bir qrup naziri, rəsmiləri və siyasətçiləri həbs edib. Ordunun zirehli texnikası Xartuma gətirilib, paytaxta giriş-çıxışlar bağlanıb, beynəlxalq hava limanı mühasirəyə alınıb və bloklanıb, dövlət televiziya və radiosunun binası nəzarətə götürülüb. Daha sonra Suveren Şuranın qubernatorunun və hökumətin buraxılması, ölkədə fövqəladə vəziyyətin tətbiqi və 2019-cu il konstitusiya bəyannaməsinin bir sıra maddəsinin fəaliyyətinin dayandırılması elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR