Dünyanın ən populyar valyutaları açıqlanıb - REYTİNQ

Dünyanın ən populyar valyutaları açıqlanıb - REYTİNQ
# 14 sentyabr 2021 11:59 (UTC +04:00)

SWIFT banklararası köçürmə sisteminə əsasən, iyul ayında dünyanın ən populyar valyutaları müəyyənləşib.

"APA-Economics"in SWIFT-in materiallarına istinadən verdiyi məlumata görə, iyul ayında reytinqin liderləri dəyişməyib. Belə ki, birinci yeri ABŞ dolları tutub (39,38% pay ilə), bu valyutanın payı həm illik, həm də aylıq nisbətdə bir qədər azalıb. İkinci yerdə avro (38,43%) qərarlaşıb. Avropa valyutasının payı illik ifadədə 5 faiz bəndinə yaxın artıb, lakin aylıq ifadədə bir qədər azalıb. Siyahının üçüncü yerində də ənənəvi olaraq Britaniya funt sterlinqi (5,99%) qərarlaşıb. İlk beşliyə Yaponiya yeni (2,74%) və Çin yuanı (2,19%) da daxil olub.

Siyahıda ümumilikdə 20 ölkənin valyutası yer alıb.

Dünyanın ən populyar valyutaları:

#

Valyuta

Payı, %

1

ABŞ dolları

39,38

2

Avro

38,43

3

Britaniya funt

5,99

4

Yaponiya yeni

2,74

5

Çin yuanı

2,19

6

Kanada dolları

1,65

7

Avstraliya dolları

1,33

8

Honkonq dolları

1,25

9

Sinqapur dolları

0,95

10

Tailand batı

0,75

11

İsveç kronu

0,66

12

İsveçrə frankı

0,63

13

Norveç kronu

0,63

14

Polşa zlotısı

0,52

15

Malayziya rinqqiti

0,33

16

Danimarka kronu

0,33

17

Cənubi Afrika randı

0,29

18

Yeni Zelandiya dolları

0,27

19

Meksika pesosu

0,22

20

Rusiya rublu

0,18

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR