DVX rəisinin müavini: “Uşaq qidaları, bezləri və geyimlərinə differensial azaldılmış ƏDV tətbiqi gündəlikdədir”

Samirə Musayeva

© APA | Samirə Musayeva

# 17 noyabr 2021 15:58 (UTC +04:00)

“Uşaqlar üçün qida və bezlərə, geyimlərə differensial azaldılmış ƏDV-nin tətbiqi gündəlikdə olan məsələdir və dəfələrlə müzakirə edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva deyib.

O bildirib ki, ölkəyə məhsulların idxalı və satışı zamanı adbaad, növbənöv bütün kateqoriyalar üzrə dəqiq sənədləşdirilmiş uçotu məsafədən izləmək imkanı yoxdur: “Burada müvafiq infrastrukturun qurulması ilə bağlı işlərin yekunlaşmasını gözləyirik. Bundan sonra bu kimi məhsullara xüsusi yanaşmanın tətbiqi müzakirə edilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR