Elektrik enerji doldurucularının satışı ƏDV-dən azad edilə bilər

Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

© APA | Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

# 03 noyabr 2021 16:59 (UTC +04:00)

Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının satışı da əlavə dəyər vergisindən azad edilə bilər.
APA-nın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili belə bir təkliflə çıxış edib.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli də elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuların idxalı ilə bərabər, onların satışının da vergidən azad olunmasını dəstəklədiklərini bildirib.
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR