Elman Rüstəmov: “İstehlak kreditləşməsinin fəallığı sələmçiliyə mane olan əsas göstəricidir” 

Elman Rüstəmov: “İstehlak kreditləşməsinin fəallığı sələmçiliyə mane olan əsas göstəricidir” 
# 16 noyabr 2021 12:26 (UTC +04:00)

“Cari ildə də maliyyə sektorunun kapitallaşdırılması davam etdirilib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Elman Rüstəmov deyib ki, son iki ildə vaxtı keçmiş kreditlər 10 %-dən 5 %-dək azalıb: “İstehlak kreditləşməsi də artıb. Buna bizdə ikili yanaşma var. İstehlak kreditləşməsinin fəallığı sələmçilik kimi kölgə iqtisadiyyatına mane olan əsas göstəricidir. Bütövlükdə istehlak kreditləri üzrə orta faizlərdə azalma müşahidə edilir. Bunu biznes kreditlərinə də aid etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR