Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına Prezidentin Ehtiyat Fondundan 23,7 milyon manat xərclənib

Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına Prezidentin Ehtiyat Fondundan 23,7 milyon manat xərclənib
# 06 noyabr 2021 13:10 (UTC +04:00)

2020-ci il 27 sentyabrdan başlayaraq Ermənistanın silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan cari ilin 9 ayında ayrılan vəsaitdən xərclənən vəsait məlum olub.

APA-nın məlumatına görə, bu, “2021-ci ilin ilk doqquz ayında Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasına dair arayış”da əksini tapıb.

Layihəyə əsasən, Ermənistanın silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 23,7 milyon manat pul xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR