Evsiz deputatlara verilən kirayə haqqının artırılması təklif olunub

Milli Məclis

© APA | Milli Məclis

# 17 noyabr 2021 17:07 (UTC +04:00)

“Bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın".
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, belə deputatlara 220 manat kirayə haqqı verilir: "Ona görə də bu vəsaitin artırılmasını təklif edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR