"Fitch" Azərbaycanın azad etdiyi ərazilərinin bərpası xərcləri üzrə proqnozunu açıqlayıb

"Fitch" Azərbaycanın azad etdiyi ərazilərinin bərpası xərcləri üzrə proqnozunu açıqlayıb
# 16 may 2021 11:15 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın azad edilmiş ərazilərindəki builki xərclərinin ölkə ÜDM-nin 1,9%-ni təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, 2022-ci ildə bu göstəricinin bir qədər də artaraq ÜDM-nin 2,2%-ə bərabər olacağı gözlənilir.

Bundan əlavə, "Fitch"ə görə, dövlətin COVID-19-a qarşı dəstək paketinin böyük bir hissəsi hələ xərclənməyib (2020-ci ilin ÜDM-nin 2,4%-i) və əsasən cari ilin ikinci yarısında istifadə ediləcək.

Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına görə, 2021-ci ildə ölkədə 75 752,7 mln. manatlıq, 2022-ci ildə isə 81 308,5 mln. manatlıq ÜDM istehsal olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR